Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda bu dahilərin heykəlləri yoxdur -
Nazirə müraciət edildi

Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev mədəniyyət naziri Adil Kərimliyə məktub ünvanlayıblar.

Məktubda deyilir:

“Hörmətli cənab nazir!

İndiyədək Bakıda bir çox dahilərimizə heykəllər ucaldılıb. Bu, çox mühüm işdir. Çünki dahilərimizin heykəlləri qədim və zəngin tariximizin küçələrdə yaşadılması və təbliğatıdır.

Amma təəssüf hissi və ürək yanğısı ilə Sizə bildirmək istəyirik ki, hələ də Bakıda bu tarixi şəxsiyyətlərimizin - Babəkin, Şəmsəddin Eldənizin, Uzun Həsənin, Sara Xatunun, Şah Abbasın, Nadir şah Əfşarın, Ağaməhəmməd şah Qacarın, Cümhuriyyət qurucularının heykəlləri yoxdur. Ümid edirik ki, bir gün bu dahilərimizin heykəlləri də Bakımızda ucaldılacaq.

Hörmətli cənab nazir, Sizdən dönə-dönə rica edirik ki, bu məsələni diqqətdə saxlayasınız”.

Best coffeeshop in Berlin