Azərbaycanda yoxlamalardan sonra 13 stomatoloq məsuliyyətə cəlb edilib
Bu ilin iyul ayında Azərbaycan Analitik Ekspertiza Mərkəzi 39 yoxlama aparıb.
Mərkəz bu barədə APA-nın sorğusuna cavab olaraq məlumat verib.
Qeyd olunur ki, 32 yoxlama özəl tibb müəssisələrində, 7 yoxlama isə fiziki şəxslərə məxsus müəssisələrdə aparılıb.
Monitorinq zamanı müxtəlif sahələrdə qanun pozuntuları aşkar edilib. Bu tapıntılar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq protokollar tərtib edilərək müvafiq orqanlara göndərilib.
Bundan əlavə, 2026-cı ilin iyul ayında aparılan yoxlamalardan sonra 13 stomatoloqa qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq inzibati xətalar barədə protokollar tərtib edilib.
Öz növbəsində, yoxlamalar zamanı plastik cərrahların fəaliyyətində heç bir qanun pozuntusu aşkar edilməyib.


