Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qarabağ"meydanı yenə də qol vurmadan tərk edib 

Dünən futbol üzrə UEFA Konfrans Liqasında üçüncü mərhələnin ilk oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ" (Ağdam) klubu səfərdə Kiyev (Ukrayna) "Dinamo"su ilə qarşılaşıb. Ukraynadakı hazırki vəziyyətlə bağlı olaraq bəlli oyun qarşılıqlı razılaşma əsasında Polşanın Lyublin şəhərindəki eyniadlı stadionda təşkil edilib. Qeyd edək ki, danimarkalı referi Marten Kroqun idarə etdiyi görüş nominal ev sahibi sayılan "Dinamo"nun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçın taleyini həll edən yeganə qolun müəllifi 10-cu dəqiqədə Matvey Ponomarenko olub. 

Matçın diqqətçəkən və yadda qalan məqamlarından biri də 90+1 dəqiqədə "Qarabağ"ın oyunçusu Çebreil Makretskisin qırmızı kartla meydandan qovulması və ağdamlıların oyuna əlavə edilən 6 dəqiqəni azlıqda oynaması olub.

Cavab matçı, avqustun 13-də saat 19:00-da Bakıdakı "Azərsun Arena"da keçiriləcək.

Bir məqamı da qeyd edək ki, "Qarabağ" klubu Avrokubok turnirlərində ardıcıl 3 oyundur ki, meydanı qol vurmadan tərk edib. 

Deyəsən "Qarabağ"ən  "dişi" düşüb və komanda "dişsiz" qalıb. Əgər "Qarabağ" cavab oyununda da "dişini" göstərə bilməsə, onda Avrokubokların  2026/27-ci illər mövsümü ilə erkən vidalaşmaq məcburiyyətində qalacaq.   

İNTİQAM Məmmədov

Best coffeeshop in Berlin