Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Nazir Fərid Qayıbov qadın voleybol millimizlə görüşüb 

Gənclər və idman Naziri Fərid Qayıbov bu gün Bakı Voleybol Mərkəzində qarşıdakı Avropa çempionatına hazırlaşan qadın voleybol millimizin üzvləri ilə görüşüb. AVF-dən verilən məlumata görə, nazir əvvəlcə qurumun prezidenti Şahin Bağırovla birlikdə komandanın məşq prosesini izləyib. Daha sonra isə o, komandanın baş məşqçisi, təcrübəli mütəxəssis Faiq Qarayev və voleybolçularla görüşüb. O, voleybolçuların hazırki vəziyyətləri ilə maraqlanıb və eləcə də təlim-məşq toplanışı (TMT) ilə məlumatlandırılıb. 

F.Qayıbov voleybolçularımızın ev sahibliyi edəcəyimiz Avropa çempionatının qrup mərhələsini uğurla keçərək pley-offa vəsiqə qazanacaqlarına inandığını bildirib və onlara uğurlar arzulayıb. Görüşün sonunda nazir milli ilə xatirə şəkli çəkdirib.

Yeri gəlmişkən, AÇ-2026-ya ev sahibliyi edəcək 4 ölkədən biri olan Azərbaycan millisi turnirin "C" qrupunda Portuqaliya, Hollandiya, Belçika, Rumıniya və İspaniya yığması ilə mübarizə aparacaq. Qrupun oyunları 21-28 avqust günlərində Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.

İNTİQAM Məmmədov

Best coffeeshop in Berlin