Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə cüdoçularımız DÇ-da yarışacaqlar

20-23 avqust günlərində Ekvadorun Quayaki şəhərində yeniyetmə cüdoçuların dünya çempionatı keçiriləcək. Dörd gün davam edəcək bu turnirdə Azərbaycan da daxil olmaqla 61 ölkədən 459 (252 oğlan və 217 qız) cüdoçu mübarizə aparacaq. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmiz sözügedən turnirdə 9 çəki dərəcəsində 14 (10 oğlan və 4 qız) cüdoçu il təmsil olunacaq.

Oğlanlardan ibarət yığma komandaya baş məşqçi Emin İsgəndərov və məşqçi Nicat Şıxəlizadə, qızların komandasına isə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Qızların komandasında Sunay Salmanova, Zəhra Quliyeva (hər ikisi 40 kq), Pərvin Sevxanll (44 kq) və Könül Eyvazlı (48 kq) yer alıb.

Oğlanların heyətinə isə məşqçilər korpusu Fərid Rzazadə (50 kq), Fərid Xudiyev, İbrahim Talıbov (hər ikisi 55 kq), İlkin Qarayev (65 kq), Yusif Nəzər, Sadiq Məmmədov (hər ikisi 73 kq), Ayxan Həsənli, Yaqub Məmmədov (hər ikisi 81 kq), Ömər Axundov və Nurəddin Əliyevi (hər ikisi 90 kq) cəlb edib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin