Qızlardan ibarət U-18 basketbol millimiz AÇ-da Hollandiyaya da uduzub
Rumıniyanın Tuıça şəhərində 18 yaşlı basketbolçu qızlar arasında keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi FİBA U-18 Qadınlararası Avropa çempionatının B dvizionunda qrup oyunları davam edir. Millimiz qrup oyunları çərçivəsində növbəti matçını Hollandiyaya qarşı keçirib.Qeyd edək ki, startda ev sahibinə (55:81), ardından Portuqaliya yığmasına (52:90) məğlub olan Azərbaycan millisi üçüncü turda isə Hollandiyaya baş əyib - 72:79.
ABF-dən verilən məlumata görə, millimiz ilk hissədə 23:13 hesabla qalib gəlib və böyük fasiləyə də üstün durumda yollanıb - 35:35.
Təəssüflər olsun ki,...
Azərbaycan millisinin heyətində Ancelina İsmayılova 22 xal və 5 toplama ilə, Polina Şçukina is 21 xal, 10 ribaund, 4 toplam və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu gün isə millimiz 4-cü tur çərçivəsində İslandiya komandası ilə qarşılaşacaq. (Saat 17:00).
İNTİQAM Məmmədov


