Yeniyetmə boksçularımız Qazaxıstan turnirinə qatılacaqlar
Avqustun 6-da Qazaxıstanın Akmala vilayətinin Qorcaljin şəhərində 15 yaşlı (U-15) yeniyetmə boksçular arasında beynəlxalq turnirə start veriləcək.
ABF-fən verilən məlumata görə, 4 gün davam edəcək turnirdə Azərbaycan təmsilçiləri də rinq döyüşünə çıxacaq. Qeyd edək ki, ölkəmizi sözügedən turnirdə məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) cütlüyü təmsil edəcək.
İNTİQAM Məmmədov


