Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Neftçi SOKAR" klubu DQS-nın 1/4 finalına yüksəlib 

Yaponiyanın paytaxtı Tokioda 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının sayca 17-ci mərhələsi keçirilir. Qeyd edək ki, Azərbaycan təmsilçisi "Neftçi SOKAR'"-ın da qatıldığı bu turnirdə qrup oyunları başa çatıb və 1/4 finalçılar müəyyənləşib. Maraqlıdır ki, "Neftçi SOKAR" da adını mərhələ keçənlər sırasına yazdırıb. Təmsilçimiz qrupda əvvəlcə ABŞ millisini (18:13), ardından isə Hollandiya U-25-i (20:18) məğlub edib.

"Neftçi SOKAR" sabah səhər saat 07:00-da 1/4 final matçına çıxacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin