Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Basketbolçu qızlardan ibarət U-18 millimiz AÇ-da Portuqaliyaya da uduzub

Rumıniyanın Tuıça şəhərində 18 yaşlı (U-18) qızlar arasında basketbol üzrə keçirilən FİBA U-18 Qadınlararası Avropa çempionatının B dvizionunda qrup oyunları davam edir. Bu gün qrupda ikinci turun oyunları keçirilib. A qrupunda yer alan və startda ev sahibinə (55:81) məğlub olan millimiz ikinci tur çərçivəsində keçirdiyi oyunda isə Portuqaliya yığmasına uduzub - 52:90. Bu oyunda millimizin heyətində fərqlənən Polina Şukina olub. O, 18 xal və 12 ribaundla yadda qalıb. Millimiz üçüncü turda Böyük Britaniya ilə üzləşəcək.

Yeri gəlmişkən, Xorvatiyanın Riyeka və Opatiya şəhərində isə eyni yaşdan olan oğlanların analoji yarışı keçirilir. Qrup mərhələsini 2 qələbə və 3 məğlubiyyətlə başa vuran millimiz daha sonra nəticəyə uyğun olaraq 9-16-cı yerlər uğrunda mübarizəyə qatılıb. Təəssüflər olsun ki, Serbiyaya (55:67) uduzan millimiz indi isə 13-16-cı yerlər uğrunda Böyük Britaniya ilə üzləşəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin