Beşdən yalnız ikisi medal şansı qazanıb
Bakıdakı Milli Gimnastika Arenasında 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən Dünya Birinciliyi (DB) davam edir. Birinciliyin bu günə təsadüf edən dördüncü günü daha beş qız güləşçimiz mübarizəyə qatılıb. Dünənki, fiaskoya uğrayan beşlikdən fərqli olaraq, bu günkü beşliyimizdən ikisi - Gülxanım Şirinova (40 kq) və Fatimə Bayramovanın (53 kq) sabah bürünc medal qazanmaq şansı var. Qeyd edək ki, hər iki güləşçimiz onları müxtəlif mərhələdə məğlub edən rəqib finala yüksəldiyi üçün bu imkana yiyələnib.
Sabah həm Gülxanım, həm də Fatimə bürünc medal uğrunda təsəlliverici görüşlərlə qatılacaq.
Sabah birincilikdə eyni zamanda sərbəst güləşçilər də mübarizəyə başlayacaqlar.
Xatırladaq ki, birinciliyin ilk üç gündən sonra yunan-Roma güləşi üzrə yığma komandanın 6 (0-3-3) qazanmaqla komanda hesabında Rusiyadan (127 xal) sonra 107 xalla ikinci yeri tutub. İlk üçlüyü isə 96 xalla İran qapayıb.
İNTİQAM Məmmədov


