Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yunan-Roma güləşi üzrə U17 millimiz dünya ikincisi olub

Bakıdakı Milli Gimnastika Arenasında 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən dünya birinciliyində (DB) yunan-Romaçıların yarışına yekun vurulub. Mundiala ev sahibliyi edən Azərbaycan yığması çıxışını 6 (0-3-3) medal və 107 xalla komanda hesabında dünya ikincisi olub. Birinci yeri 127 xalla Rusiya komandası tutub. İlk üçlüyü isə 96 xalla İran komandası tamamlayıb. Qeyd edək ki, böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında dünya çempionatına qatılan Azərbaycan millisinin heyətində Əli Cavadlı (45 kq), Əbdürrəhman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) yalnız həlledici finalda büdrəyərək gümüş, çıxışını üçüncü yerdə bitirən Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həsənov (65 kq) isə bürünc medala layiq görülüb.

Qadınların çıxışı ilə davam edən çempionata avqustun 2-də sərbəst güləşçilərin final görüşləri ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin