U-18 oğlan basketol millimiz Çexiyaya qarşı
Xorvatiyanın Riyeka və Opatiya şəhərində 18 yaşlı (U-18) oğlanlar arasında basketbol üzrə keçirilən və Azərbaycan komandasının da iştirak etdiyi Avropa çempionatının B dvizionunda qrup oyunları başa çatmaq üzrədir. Bu gün çempionatda qrup oyunları çərçivəsində sayca 5-ci olan son turun oyunları keçiriləcək. Azərbaycan millisi son turda Çexiya komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, millimiz bu oyunadək keçirdiyi 4 oyunun 2-də qalib gəlib, ikisində məğlub olub.
Xatırladaq ki, Ukrayna (77:68) və Portuqaliya (52:50) millisini üstələyən Azərbaycan yığması İslandiya (56:95) və Polşaya (60:70) uduzub. Bu göstərici ilə millimiz turnir cədvəlində 3-cüdür.
İNTİQAM Məmmədov


