Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçimiz İsfahan Həsənov DB-nın finalında

İyulun 27-də paytax Bakıdakı Milli Gimnastika Arenasında 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə dünya birinciliyinə start verilib. Yunan-Romaçıların cıxışı ilə startı verilən birinciliyin ilk günü 5 güləşçimiz mübarizəyə qatılıb. Onlardan üçü - Ömər Salmanov (48 kq), Orxan Həbibli (65 kq) və İsfahan Həsənov (80 kq) triosu daha inamla güləşərək yarımfinala yüksəlib. Təəssüflər olsun ki, bu triomuzdan yalnız biri - İsfahan Həsənov yarımfinal görüşünü də qələbə ilə başa vuraraq, finala yüksəlib. O, finala çıxışda Litva təmsilçisi Benediktas Bubelevnçiusla qarşılaşıb. Görüş güləşçimizin 4:2 (ilk hissə 3:1) hesablı qələbəsi ilə bitib. O, iyulun 28-də günün ikinci sessiyasında həlledici final görüşünə çıxacaq.

Təəssüflər olsun ki, digər iki yarımfinalçımız finala yüksələ bilməyib. Maraqlıdır ki, hər iki təmsilçimizin finala gedən yolunu başqa ölkələri təmsil edən soydaşımız kəsib. Ömər Salmanov finala çıxışda rusiyalı soydaşımız Soltan Yusifova (1:2), Orxan Həbibli isə Ukraynanı təmsil edən soydaşımız İbrahim Nəsibova (3:4) məğlub olub. 

Beləliklə, finala çıxışda büdrəyən hər iki güləşçimiz iyulun 28-də bürünc medal uğrunda görüşə çıxacaq.

Yarımfinal mərhələnin diqqətçəkən daha da iki görüşü ermənilərin iştirakı ilə keçirilib. Xala toplaşan azarkeşlərin fit səsləri altında baş tutan hər iki görüşdə ermənilər məğlubiyyətlə üzləşəcək finaldan kənarda qalıb. 

48 kq çəkidə yarımfinal görüşünə çıxan erməni A. Avetisyan qazaxıstanlı A.Almasa 4:1 hesabla uduzub. 65 kq çəkidə çıxış edən erməni Vazgen Matsakayan isə rusiyalı Şamil Ramazanovun qarşısında tab gətirməyib. Ramazanov onu 29 saniyə vaxt itirməklə 8:0 hesabla vaxtından əvvəl məğlub edib.

Dünya birinciliyi davam edir. 60 ölkəni təmsil edən 700-dən çox idmançının iştirak etdiyi dünya birinciliyinə avqustun 2-də sərbəst güləşçilərin son həlledici görüşləri ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin