Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
Türkiyənin qadın voleybol millisi 2026 FIVB Millətlər Liqasının qalibi olub.
“Ay ulduzlular” Çində keçirilən finalda Braziliya ilə qarşılaşıb. Türkiyə yığması rəqibinə 3:1 hesabı ilə qalib gələrək çempionluq qazanıb.
Türkiyə millisi ilk setdə 23:25 hesabı ilə uduzub. Komanda növbəti setlərdə 25:23, 26:24 və 25:21 hesabları ilə üstün olub və çempionluğu təmin edib.
Türkiyə 2018-ci ildən keçirilən Millətlər Liqasının final mərhələsində ardıcıl 8-ci dəfə iştirak edib və tarixində ikinci dəfə bu yarışda qızıl medal qazanıb. Komanda ilk çempionluğunu 2023-cü ildə finalda Çini məğlub etməklə əldə etmişdi.


