Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı və Müdafiə Qüvvələrinin rəisi, feldmarşal Seyid Asim Munirə başsağlığı verib.

Başsağlığı mesajında ​​deyilir:

"Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik qüvvələrinin postuna avtomobil bombası ilə törədilən hücum nəticəsində 12 hərbçi daxil olmaqla 14 nəfərin həlak olması və 24 nəfərin yaralanması xəbəri məni dərin kədərləndirib. Allah mərhumların ruhlarını şad etsin. Onların yaxınlarının kədərini bölüşür və ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah yaralılara şəfa versin. Allah qəlblərimizi şad etsin!"

Best coffeeshop in Berlin