Tennisçimiz Onur Quluzadə daha bir turnirə qatılıb
Qazaxıstanın Almatı şəhərində stolüstü tennis üzrə "WTT Youth Contender" beynəlxalq turnirə start verilib. ASTF-dən verilən məlumata görə, iyulun 27-dək davam edəcək turnirdə gənc tennisçimiz Onur Quluzadə də mübarizəyə qatılıb.
Xatırladaq ki, yaxın günlərdə tenniscimiz Portuqaliyanın Qondomar şəhərində keçirilən Avropa çempionatının qoşa yarışında üçüncü yeri tutaraq, bürünc medal qazanmışdı.
İNTİQAM Məmmədov


