Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Səyyar ASAN xidmət Xankəndidə

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində əzəli torpaqlarına qayıtmış vətəndaşlara dövlət xidmətlərinin daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti Səyyar ASAN  xidmət Xankəndi şəhərində təşkil edilib. 23 iyul tarixinədək vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər.

Bu günədək Səyyar ASAN xidmət çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Cəbrayılda  vətəndaşlar səyyar xidmətlərdən yararlanıblar.


Əsas məqsəd harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının dövlət xidmətlərinə əlçatanlığını təmin etmək və heç kəsin bu xidmətlərdən kənarda qalmamasına nail olmaqdır.

Best coffeeshop in Berlin