Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Layihə icraçıları şəhid Sergey Heybətovun ailə üzvlərini ziyarət etdilər

“Beynəlxalq Əlillər Cəmiyyəti”nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi "Qayıdışa aparan yol" adlı layihəsi davam edir. Layihə iştirakçıları 12 iyul tarixində, suverenliyimizin, ərazi bütövlüyümüzün  tam bərpası ilə nəticələnən 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük Antiterror tədbirləri zamanı şəhid olan Sergey  Heybətovun ailə üzvlərini ziyarət etmişlər.

Layihə rəhbəri və ictimai birliyin sədri  Tahir Xudiyev bildirir ki, 2023-cü idə Antiterror əməliyyatından dərhal sonra şəhidlərin ailə üzvlərinə baş çəkərək dərdlərinə şərik olmuş, problemləri ilə maraqlanmışdıq. O vaxt baş çəkə bilmədiyimiz yalnız şəhid Sergey Heybətovun ailəsi olmuşdu. Məlumatı olanlar bilir ki, Qusar rayonundan 42 km məsafədə yerləşən Ukur ucqar dağ kəndidir və o vaxt havaların çox sərt keçməsinə görə Qusar Rayon İcra hakimiyyətindən ora getməyi məsləhət bilmədilər. Heybətovlar  ailəsinə baş çəkə bilməməyimiz bizi  çox narahat edirdi, üyərəyimizdə böyük bir nisgil qalmışdı. Amma Sergeyin atası Ramin Heybətovla tez-tez telefon əlaqəsi saxlayır, hal-əhval tuturduq.  Odur ki,  bu layihənin icrası zamanı Qusar rayonuna səfər etdik, Ukur kəndində şəhid Sergeyin evindəki xatirə muzeyini və ailə üzvlərini ziyarət etdik, problemləri ilə maraqlandıq. 

Tahir müəllim sözünə davam edərək söylədi ki, şəhidimizin anası Lalə xanıma sizin problemlərinizi öyrənib köməklik göstərmək üçün bura gəlmişik, dedim. Ailənin maddi durumu yaxşı olmasa da, təəccüb etdim ki, Lalə xanım, gözlərindən yaş axsa da,  qürurlu Azərbaycan xanımı kimi heç bir problemlərinin olmadığını söylədi. Amma söhbət zamanı öyrəndik ki, Sergeyin şəhid olmasından sonra ailənin yeganə övladı sayılan qardaşı Elvan əsgərlikdən 10 gündür qayıdıb, hələ ki, heç bir yerdə işləmir. Elvanın işlə təmin olunması üçün bir neçə dövlət təşkilatlarına müraciət  edəcəyik.   

Onu da qeyd edək ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” yalnız layihələr zamanı deyil, layihədən kənar vaxtlarda da əlilliyi olan insanlar, şəhid ailələri, müharibə iştirakçılarının problemləri ilə maraqlanır, onlara mənəvi dəstək olur, imkan daxilində problemlərinin həllinə köməklik göstərir. 

 

Best coffeeshop in Berlin