Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kilian Mbappe DÇ-2026-nın ən yaxşı bombardiri olub

Sayca 23-cü olan və üç ölkədə (ABŞ, Kanada və Meksika) keçirilən futbol üzrə dünya çempionatı (FÇ-2026) başa çatıb. Təşkilat Komitəsi mundialın bombardirlərinin yekun cədvəlini açıqlayıb. Siyahıya, 1-i penalti olmaqla, 8 oyunda 10 qol vuran fransalı forvard Kilian Mbappe başçılıq edib. Yeri gəlmişkən, 27 yaşlı forvard eyni zamanda dünya çempionatları tarixində 22 qol vurmaqla (22 oyunda) yeni rekorda da imza atıb. 

Bombardirlərin siyahısı belədir (Top-10):

1. Kilian Mbappe (Fransa) - 10 qol (8 oyun);

2. Lionel Messi (Argentina) - 8 (8);

3. Erlinq Halann (Norveç) - 7 (5);

4. Cud Bellinqem (İngiltərə) -7 (8);

5. Usman Dembele (Fransa) - 6 (8);

6. Harri Keyn (İngiltərə) - 6 (7);

7. Mikel Oyarsabalın (İspaniya) - 5 (8);

8. İsmail Sarr (Seneqal) - 4 (4);

9. Vinius Junior (Braziliya) - 4 (5);

10. Xulian Kinyones (Meksika) - 4 (5).

Qeyd edək ki, Kilian Mbappe DÇ-2022-də də ən məhsuldar oyunçu olmuşdur.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin