Entso Fernandes DÇ finalında qovulan 6-cı futbolçudur
Futbol üzrə keçirilən 23-cü dünya çempionatının (DÇ-2026) həlledici final matçında kecirilən və 1:0 hesabla bitən İspaniya - Argentina matçından ikincinin yarımmüdafiəçisi, 26 yaşlı Entso Fernandes matçın 90+3 dəqiqəsində ikinci sarı kart almaqla qırmızı karta tuş gəlib və meydandan qovulub və onsuzda pis vəziyyətdə olan komandasını daha da pis vəziyyətə salıb. Bununla da Entso Fernandes dünya çempionatları tarixində məhz final matçında meydandan qovulan 6-cı futbolçu kimi tarixə düşüb.
Ondan əvvəl isə argentinalı futbolçular - Pedro Menson və Qustavo Desotti (DÇ-1990), fransalı Marsel Desayi (DÇ-1998), Zinəddin Zidan (Fransa, DÇ-2006) və hollandiyalı Con Xeytinq (DÇ-2010) eyni aqibəti yaşayıb.
İNTİQAM Məmmədov


