Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hindistan Səfirliyi “Hindistanın UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələri” mövzusuna həsr olunmuş daimi sərginin açılışını edib

Hindistanın Azərbaycandakı Səfirliyi 18 iyul tarixində səfirlik ərazisində “Hindistanın UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələri” mövzüsuna həsr olunmuş daimi sərginin açılışı münasibətilə xüsusi tədbir təşkil edib.

 

AZpress.AZ  xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin səfirləri və diplomatları, Azərbaycan Milli Məclisinin deputatları, biznes ictimaiyyətinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin təmsilçiləri, aparıcı media qurumlarının nümayəndələri, sosial media influenserləri və Azərbaycandakı Hindistan diasporunun üzvləri iştirak ediblər.


Sərginin açılışı Hindistanın Azərbaycandakı səfiri cənab Abhay Kumar və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycanın Ölkə Ofisinin rəhbəri xanım Anna Soave tərəfindən birgə həyata keçirilib. Onlar Hindistanın ən məşhur mədəni və təbii irs nümunələrindən seçilmiş eksponatları əks etdirən 17 paneldən ibarət rəngarəng ekspozisiyanı təqdim ediblər. Sərgidə tarixi, mədəni, memarlıq və təbii əhəmiyyətinə görə beynəlxalq səviyyədə tanınmış və UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidələr nümayiş etdirilir.


Açılış nitqində səfir Abhay Kumar bildirib ki, Hindistan minilliklərə söykənən mədəni irsə malik dünyanın ən qədim və tarix boyu öz varlığını qoruyub saxlamış sivilizasiyalarından biridir. O qeyd edib ki, Hindistanda UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş 44 obyekt mövcuddur. Bunlardan 36-sı mədəni, 7-si təbii, 1-i isə qarışıq irs obyektidir. Səfir vurğulayıb ki, bu abidələr təkcə Hindistanın deyil, bütün bəşəriyyətin ortaq irsini təmsil edir. O, qədim Nalanda Universiteti, məşhur Tac Mahal, Sançidəki Buddist abidələri, Hampi və Xacuraho məbəd kompleksləri kimi tarixi məkanlara toxunaraq bildirib ki, bu irs nümunələri Hindistanın zəngin müxtəlifliyini, yaradıcılıq potensialını və sivilizasiya tarixini əks etdirir. Səfir daimi sərginin ziyarətçilərdə maraq oyadacağına, maarifləndirici rol oynayacağına, Hindistanın zəngin mədəni və təbii irsinə daha dərindən bələd olmağa imkan yaradacağına, eyni zamanda Hindistan ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycanın Ölkə Ofisinin rəhbəri xanım Anna Soave də tədbirdə çıxış edərək Hindistan Səfirliyinin UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələrə həsr olunmuş daimi sərginin yaradılması təşəbbüsünü yüksək qiymətləndirib. O qeyd edib ki, bu sərgi mədəni maarifləndirmənin təşviqi, mədəni dialoqun inkişafı və bəşəriyyətin ortaq irsinin təbliği baxımından mühüm platformadır. Xanım Soave həmçinin Hindistanın zəngin mədəni və təbii irsinə heyranlığını ifadə edərək bildirib ki, UNESCO Dünya İrs obyektləri ölkənin möhtəşəm sivilizasiya irsini, zəngin müxtəlifliyini və bu əvəzsiz irsin gələcək nəsillər üçün qorunmasına verdiyi uzunmüddətli əhəmiyyəti əks etdirir.


Açılış mərasimindən sonra Azərbaycan iştirakçılarının Hindistanın müxtəlif ştat və bölgələrinə məxsus ənənəvi geyimləri nümayiş etdirdiyi rəngarəng “İrs və Dəb Şousu” (Heritage-Cum-Fashion Walk) keçirilib. İştirakçıların Hindistan ənənələrinə böyük maraq və həvəslə qoşulması Hindistan və Azərbaycan xalqları arasında artan dostluğun, qarşılıqlı rəğbətin və mədəni yaxınlığın bariz nümunəsi olub.

Tədbir çərçivəsində həmçinin Hindistanın məşhur Küçə Yeməkləri Festivalı təşkil olunub. Qonaqlara zəngin dadı və müxtəlifliyi ilə dünyada tanınan Hindistan küçə mətbəxinin məşhur təamları və içkiləri təqdim edilib. İştirakçılar orijinal Hindistan mətbəxinin müxtəlif nümunələrini dadaraq ölkənin zəngin kulinariya irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Bayram əhval-ruhiyyəsini daha da zənginləşdirən məqamlardan biri də azərbaycanlı sənətçilərin təqdim etdiyi təsirli Hindistan mədəniyyətinə həsr olunmuş musiqi və rəqs nömrələri olub. Hindistanın zəngin bədii ənənələrindən ilhamlanan bu çıxışlar tamaşaçılar tərəfindən gur alqış və böyük rəğbətlə qarşılanıb.

Hindistanın UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələrinə həsr olunmuş Daimi Sərgi Hindistanın Azərbaycandakı Səfirliyində ictimaiyyət üçün açıq olacaq ki, bu da ziyarətçilərə Hindistanın ən məşhur mədəni və təbii irs nümunələrini yaxından tanımaq və ölkənin zəngin sivilizasiya irsi haqqında daha dolğun təsəvvür əldə etmək imkanı yaradacaq.

* * *

* * *

ENG:

Embassy of India Opens Permanent Exhibition on UNESCO World Heritage Sites of India

The Embassy of India organized a special event to mark the opening of a Permanent Exhibition on UNESCO World Heritage Sites of India on 18 July at the Embassy premises. The event brought together a distinguished gathering of Ambassadors and Diplomats of various countries, members of Parliament of Azerbaijan, business community, tour and travel operators in Azerbaijan, representatives from leading media organizations, social media influencers, and members of the Indian diaspora in Azerbaijan.
The exhibition was jointly inaugurated by the Ambassador of India to Azerbaijan, Mr. Abhay Kumar and Ms. Anna Soave, Head of Country Programme of UN-Habitat Azerbaijan , who unveiled a vibrant display of 17 panels showcasing a selection of India's most iconic cultural and natural treasures. The exhibition highlights sites that have been internationally recognized for their outstanding historical, cultural, architectural, and natural significance and are inscribed on the UNESCO World Heritage List.
In his inaugural remarks, Ambassador Abhay Kumar noted that India is one of the world's oldest continuous civilizations, with a cultural legacy spanning thousands of years. He highlighted that India is home to 44 UNESCO World Heritage Sites—comprising 36 Cultural Sites, 7 Natural Sites, and 1 Mixed Site—which represent not only India's rich heritage but also humanity's shared heritage. Referring to landmarks ranging from the ancient university of Nalanda and the iconic Taj Mahal to the Buddhist monuments at Sanchi and the magnificent temple complexes of Hampi and Khajuraho, he observed that these sites reflect the remarkable diversity, creativity, and civilizational journey of India. He expressed the hope that the permanent exhibition would inspire curiosity, promote learning, and provide visitors with a deeper appreciation of India's rich cultural and natural heritage while strengthening cultural ties between India and Azerbaijan.
Ms. Anna Soave, Head of Country Programme of UN-Habitat Azerbaijan, also addressed the gathering and commended the Embassy of India for its innovative initiative in establishing a Permanent Exhibition on UNESCO World Heritage Sites of India. She noted that the exhibition serves as an important platform for promoting cultural awareness, fostering dialogue, and celebrating the shared heritage of humanity. Ms. Soave also expressed her admiration for India's extraordinary cultural and natural heritage, observing that India's UNESCO World Heritage Sites reflect the country's remarkable civilizational legacy, rich diversity, and longstanding commitment to preserving its invaluable heritage for future generations. 
The unveiling ceremony was followed by a colourful Heritage-cum-Fashion Walk, in which Azerbaijani participants gracefully showcased traditional Indian attire representing different states and regions of India. The participants' enthusiastic embrace of Indian traditions reflected the growing warmth, admiration, and cultural affinity between the people of India and Azerbaijan.
The event also featured an Indian Street Food Festival, presenting a delectable spread of popular Indian street food delicacies and beverages that have earned worldwide recognition for their rich flavours and diversity. Guests enjoyed a wide variety of authentic Indian culinary offerings, providing a vibrant taste of India's gastronomic heritage.
Adding to the festive atmosphere were captivating Indian cultural performances presented by talented Azerbaijani artists. Their energetic performances, inspired by India's rich artistic traditions, received loud applause and enthusiastic appreciation from the audience.
The Permanent Exhibition on UNESCO World Heritage Sites of India will remain open to the general public at the Embassy of India, offering visitors an opportunity to explore and appreciate some of India's most celebrated cultural and natural landmarks and to gain a deeper understanding of the country's rich civilizational heritage.

Best coffeeshop in Berlin