Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Səyyar Gənclər Xidməti” layihəsi fəaliyyətini İsmayıllıda uğurla davam etdirir +FOTO=11

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Səyyar Gənclər Xidməti" layihəsinin növbəti dayanacağı İsmayıllı olub. Cari ilin iyun ayından etibarən start götürən layihə "Gənclərlə, gənclər üçün" devizi altında fəaliyyət göstərərək gənclərə müxtəlif istiqamətlər üzrə xidmətlər təqdim edir.

AZpress.AZ xəbər verir ki, layihənin İsmayıllı rayonunda baş tutan açılışı Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Eyyub Musayev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək    layihənin region gənclərinin hərtərəfli inkişafına verdiyi töhfələrdən, onların şəbəkələşməsi, bilik və bacarıqlarının zənginləşdirilməsi, karyera perspektivlərinin genişləndirilməsi və təşəbbüslərinin dəstəklənməsi istiqamətində yaratdığı imkanlardan bəhs ediblər.

Xidmət çərçivəsində gənclər "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında  onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Eyni zamanda iştirakçılar üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən maarifləndirici sessiyalar təşkil olunub. Bununla yanaşı, gənclər peşəkar mütəxəssislərin təqdimatında ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi mövzularında keçirilən təlimlərdə fəal iştirak ediblər. Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıblar. 

İsmayıllı gəncləri Səyyar Gənclər Xidmətindən 17 iyul tarixinədək faydalana bilərlər.

Xatırladaq ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılmasını, yaradıcı potensialının üzə çıxarılmasını və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını hədəfləyən “Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Cari il üzrə Şəki, Oğuz və Qəbələdə baş tutan layihə noyabr ayınadək ümumilikdə 20 şəhər və rayonu əhatə edəcək.

Best coffeeshop in Berlin