Azərbaycan çempionu "Sabah" ÇL-da mərhələ aşıb
İyulun 14-də futbol üzrə UEFA Çempionlar liqasında birinci təsnifat mərhələnin cavab oyunları keçirilib. Bu turnirdə ölkəmizi təmsil edən Azərbaycan çempionu adını daşıyan "Sabah" klubu cavab oyunu çərçivəsində "Nyu-Sent" (Uels) klubunun qonağı olub. Bir həftə öncə doğma divarlar arasında qalib gələn (2:0) "Sabah" səfərdə keçirdiyi cavab matçında da meydanı qələbə ilə tərk edib - 1:2.
Qeyd edək ki, Ozuestri şəhərindəki "Park Hall" stadionunda baş tutan matçda hesabı 28-ci dəqiqədə "Sabah"ın legioneri Cey-Lans Mikkels açıb - 0:1.
42-ci dəqiqədə isə Rəhman Daşdəmirov hesabı 0:2-yə çatdırıb. Ev sahibləri bu qollardan yalnız birinin əvəzini çıxa bilib. 89-cu dəqiqədə Coşua Lok fərqlənib - 1:2.
Bununla da çempionumuz sözügedən turnirin ikinci təsnifat mərhələsinə ucalıb.
İNTİQAM Məmmədov


