Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçimiz Hacı Kərimov Avropa çempionu olub 

Şimali Makedoniyanın paytaxtı Skopyedə 20 yaşlı (U-20) güləşçilər arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatı başa çatmaq üzrədir. Çempionatın  İyulun 11-ə təsadüf edən 6-cı günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, həmin gün döşək üzərinə çıxan 5 sərbəst güləşçimizin  4-ü inamla güləşərək mükafatçılar sırasında yer alıb. Ən yaxşı nəticəni isə Hacı Kərimov (70 kq) göstərib. İlkin görüşlərinin hamısını qələbə ilə başa vuraraq, həlledici finala yüksələn Kərimov  burada isə fransalı təqibi Bayssanqur Bitmurzayrvli (10:0) məğlub edərək Avropa çempionu olub.

Digər təmsilçilərimizə gəlincə, Məhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq) və Fərhad Süleymanlı (97 kq) isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb. 

Təəssüflər olsun ki, bürünc medal görüşünə çıxan daha bir təmsilçimiz - Elcan İsmayılzadə (79 kq) komanda yoldaşlarının uğurunu təkrar edə bilməyib. AGF-dən verilən məlumata görə, erməni ilə qarşılaşan Elcan hesabda 10:4 irəlidə olduğu bir zamanda rəqibinə "tuş"la uduzub.

Yeri gəlmişkən, iyulun 11-də mübarizəyə qatılan daha 5 güləşçimizin isə üçü - Camal Abbasov (61 kq), Nurlan Hacızadə (74 kq) və Yusif Dursunov (120 kq) finala yüksəlib. Triomuz iyulun 12-də həlledici final görüşünə çıxacaq. Bununla da U-20-lətin qitə çempionatı başa çatacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin