U-20 qadın basketbol millimiz AÇ-da Rumıniyanı məğlub edib
Bolqarıstanın Samokov şəhərində 20 yaşlı (U-20) qadınlar arasında basketbol üzrə keçirilən və Azərbaycan millisinin də qatıldığı Avropa çempionatının B dvizionunda yarışlar başa çatmaq üzrədir. İyulun 11-də millimiz 9-14-cü yerlər uğrunda Rumıniya komandası ilə qarşılaşıb. Görüş millimizin 14 xal fərqli qələbəsi ilə başa çatıb - 64:50.
İyulun 12-də saat 19:00-da millimiz 10-cu yer uğrunda İsveçrə yığması ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov


