DÇ-2026-nın bombardirləri siyahısında sıxlıq yaranıb
Messi ilə Mbappe şərikli liderləri
Futbol üzrə keçirilən və sayca 23-cü olan dünya çempionatı davam edir. Çempionatın maraqlı məqamlarından biri bombardirlər siyahısında sıxlığın yaranmasıdır. Dünən axşam 1/4 final mərhələndə keçirilən Fransa -Mərakeş (2:0) matçında birincinin 27 yaşlı forvardı daha bir qol vuraraq, qollarının sayını 8-ə çatdırıb. Bu isə ona eyni göstərici ilə argentinalı forvard Lionel Messiyə çatmaq imkanı verib. Artıq hər ikisinin aktivinə 8 qol yazılıb.
Hazırda bombardirlərin siyahısında vəziyyət belədir (Top-10):
Lionel messi (Argentina) - 8 qol (5 oyunda);
Kilian Mbappe (Fransa) - 8 qol (6, 1 penalti);
Erlinq Halann (Norveç) - 7 qol (4 oyun);
Harri Keyn (İngiltərə) - 6 qol (5 oyun);
İdman Dembele (Fransa) - 5 qol (6 oyun);
İsmaila Sarr (Seneqal) - 4 qol (4 oyun);
Cud Bellinqem (İngiltərə) - 4 qol (5 oyun);
Vinius Junior (Braziliya) - 4 qol (5 oyun);
Xulian Kinyones (Meksika) - 4 qol (5 oyun);
Mikel Oyarsabal (İspaniya) - 4 qol (5 oyun).
Siyahıda yer alan futbolçulardan bəziləri artıq mundialla vidalaşdı üçün bundan sonra onların mövqeyində dəyişiklik olmayacaq.
İNTİQAM Məmmədov


