Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Erlinq Haaland DÇ-2026-da rekordlara imza atıb

Futbol üzrə 23-cü dünya çempionatının 1/8 final mərhələsində baş tutan və 1:2 hesabla bitən Braziliya - Norveç matçında dubl etməklə Braziliya millisini mundialdan kənarlaşdıran norveçli forvard Erlinq Haaland həmin oyunun qəhrəmanı olmaqla yanaşı, həm də yeni rekordlara imza atıb.

25 yaşlı Halann sambaçıların qapısına vurduğu 2 qol sayəsində DÇ-2026-da vurduğu qolların sayını 7-yə çatdırıb. Bu göstərici ilə o, hazırkı mundialın bombardirləri olan Lionel Messi (Argentina) və Kilian Mbappe (Fransa) ilə birlikdə bombardirlərin siyahısında ilk üçlüyü bölüşür.

Qeyd edək ki, Haaland debüt mundialında 7 qol vurmaqla, 1974-cü ildə polşalı Qjeqoja Lyatonun nəticəsini təkrarlayıb. 

Bir məqamı da qeyd edək ki, Halann meydana çıxdığı son 14 oyunda meydanı qolsuz tərk etməyib. O, son 14 oyunda 27 qola imza atıb. Ümumiyyətlə, Halann yığmada keçirdiyi 54 oyunda 62 qola imza atıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin