Cüdoçumuz Əbil Yusubov AK-da ikinci olub
İyunun 4-də Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa Kubokuna start verilib. Turnirin ilk günü tatamiyə çıxan cüdoçularımızdan yalnız biri - Əbil Yusubov (73 kq) inamla güləşərək mükafatçılar sırasında yer alıb. ACF-dən verilən məlumata görə, Yusubov yalnız italiyalı Luço Tavelettoya qarşı həlledici görüşdə büdrəyərək çıxışını ikinci yerdə başa vuraraq, gümüş medal qazanıb.
Turnirin ikinci günü isə daha 15 təmsilçimiz medallar uğrunda tatamiyə çıxacaq.
İNTİQAM Məmmədov


