Masallıda şəhid anasına yubiley ziyarəti
Birinci Qarabağ müharibəsi şəhidi Şükürov Faiq Xubəli oğlunun anası Cahan Ağaxan qızının 80 illik yubileyi münasibətilə Masallının Lürən kəndində görüş keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yubilyarın yaşadığı evə baş çəkərək onu əlamətdar gün münasibətilə təbrik edib, möhkəm cansağlığı, uzun ömür və ailəsinə firavanlıq arzulayıb.
Görüş zamanı şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin yüksək ehtiramla yaşadılmasından söhbət açılıb. Həmçinin Cahan Ağaxan qızının müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və həlli üçün aidiyyəti qurumlara müvafiq göstərişlər verilib.
Cahan Ağaxan qızı yubileyi münasibətilə göstərilən diqqətə görə minnətdarlığını ifadə edərək, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü çatdırıb.
Akif AĞAYEV


