Vətən müharibəsi şəhidi Rauf İbadovun xatirəsinə həsr olunmuş tədbir keçirildi
3 iyul 2026-cı ildə Bakı Xətai Sənət Mərkəzində Vətən müharibəsi şəhidi ,əslən Nüvədili Rauf Məhərrəm oğlu İbadovun rəsm əsərlərinin sərgisi və xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
AZpress.AZ xəbər verir ki, tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir .
Şəhid Rauf İbadov Sentyabrın 27 si müharibə başladığı ilk gündən könüllü olaraq döyüşlərdə iştirak etmiş Füzuli, Cəbrayıl Hadrud Qubadlının azadlığı uğrunda göstərdiyi şücaətə görə Manqa komandiri təyin olunmuşdur . Ölümündən sonra Dövlət başçımız İlham Əliyev tərəfindən “ Vətən uğrunda”, “Cəbrayılın azad olunmas", “ Füzulinin azad olunması”, “ Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Tədbir Şəhid Rauf İbadovun rəssamlığından Ağ və qara rənglərin təcəssümündən ibarət dünyasından bəhs edilmişdir. Onun əl işləri arasında “Milli Qəhrəman Çingiz Mustafayev”,“Xocalı vəhşiliyi”, “Qız qalası”,” Sülh” və s rəsm əsərləri vardır. Onun xatirəsini əbədiləşdirmək üçün son illərdə bir neçə kitab işıq üzü görmüşdü. Onlar “Rənglər aləmindən gələn nağıllar” ,”Haqq rəssamı Rauf İbadov” , “Öz dünyam” . Bu kitablarda ona aid kəlamlar ,hikmətli fikirləri və rəssam Rauf İbadovun rəsm əsərləri toplanmışdır.
Tədbirdə çıxış etmişlər: Yazıçı Azər Hacıbəyli, Akademik Fikrət Əliyev, Bakı Sağlamlıq Mərkəzi direktoru Asiman Həsənov ,5-ci Bərdə taborunun 2-ci bölük komandiri Qazi Qasımov Rizvan ,Abşeron rayon Ağsaqqallarından Rizvan müəllim, Qiraətçi Ülviyyə Əbəlfəz qızı, Tədbirin aparıcısı və musiqili qonağı müəllimə Vəfa Hüseynova, Jurnalist Aygün Hacıyeva , Piano ifaçısı müəllimə Nərgiz Tarverdiyeva.
Sonda tədbirin təşkilatçılarına və əməyi keçən hər kəsə Şəhidimizin atası Məhərrəm İbadov və Şəhidimizin anası Zərnigar İbadova öz təşəkkürünü bildirmişdir.
Tədbirin təşkilatçısı Xətai Sənət Mərkəzi və Yazıçı Azər Hacıbəylidir.
Fotolar: Mahir Əhmədov


