Parataekvondoçularımız xüsusi dəvətlə beynəlxalq TMT-yə cəlb edilib
1-7 İyul günlərində Cənubi Koreyanın Muju şəhərində yalnız seçilmiş parataekvondoçular üçün beynəlxalq təlim-məşq toplanışı (TMT) keçiriləcək. ARMPK-dən verilən məlumata görə, Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və "Taekwondowan" İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən bu toplanışa planetin 10-dan çox ölkəsini təmsil edən 40-dək parataekvondoçu dəvət edilib. Sözügedən toplanışa Azerbaycandan isə Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) triosu dəvət edilib.
İNTİQAM Məmmədov


