Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan çempionatı keçirilib 

29-30 oyun günlərində Avropa Oyunları Parkında (AGP Arena) 17 yaşlı oğlan və qızlar, eləcə də kişilər arasında çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçirilib. İki gün davam edən yarışda 221 idmançı iştirak edib. U-17 qızlar 45, 55 və 65 kq çəkidə, U-17 oğlanlar 60, 70, 80 və 90, kişilər isə 70, 80, 90 və +90 kq çəki dərəcəsində qum üzərində mübarizə aparıblar.

Qızların yarışında 45 kq-da Gülnar Ağadadaşova (UGİM-1), 55 kq çəkidə Günel Kərimli (Abşeron, Werstlinq), 65 kq çəki dərəcəsində isə AHİTA (Abşeron) təmsilçisi Fidan Babayeva bütün görüşlərini qələbə ilə başa vuraraq ölkə çempionu olub.

U-17 oğlanlar arasında Ömər Zeynalov (60 kq), Rəşid Əliyev (70 kq, UGİM-1), Ruslan Vəliyev (80 kq, Neftçi) və Elvın Hacıquluyev (90 kq, Xaçmaz) birinci yeri tutub.

Kişilər arasında isə, Rübail İbrahimli (70 kq, Abşeron), Cavid Niftəlizadə (80 kq, FİN) birinci yeri tutub. Daha maraqlı keçən 80 kq çəkidə ikinci yeri Mürşüd Hüseynov (AHİTA) tutub.

90 kq çəkidə Ramiz Hüseynov (Gəncə, Təhsil -1) və  +90 kq-da isə AHİTA təmsilçisi Camal Feyziyev bütün görüşlərini qələbə ilə başa vuraraq, Azərbaycan çempionu adını qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin