Meksikalı qolkiper Raul Raxnel rekorda imza atıb
Meksika millisinin 26 yaşlı qolkiperi Raul Raxnel hazırda davam edən futbol üzrə dünya çempionatında (DÇ-2026) rekorda imza atıb. O, buna mundialın qrup mərhələsində keçirdiyi üç oyunda qoruduğu qapıdan qol buraxmamaqla nail olub.
Qeyd edək ki, Raxnel bu göstəricisi ilə 54 il öncə Meksika millisinin çərçivə qoruqçusu İqnasio Kalderonun rekordunu təkrarlayıb.
Xatırladaq ki, Raxnel DÇ-2026-nın qrup mərhələsində CAR (2:0), Koreya (1:0) və Çexiya (3:0) ilə görüşdə qapısının toxunulmazlığın qoruya bilib. Kalderon isə eyni uğura 54 il öncə, DÇ-1970-də SSRİ (0:0), Salvador (4:0) və Belçika (1:0) ilə oyunda qol buraxmayıb.
İNTİQAM Məmmədov


