Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Billurə Vəliyeva:

"Savadsız müəllim yoxdur..."

Bu gün çox ciddi bir məsələni sizlərlə bölüşmək istəyirəm və xahiş edirəm mənim bu paylaşımımı bəyənib rəy yazasınız,bəlkə səsimizi eşidən olar.
Deməli,ətrafda belə bir fikir formalaşıb ki,kəsilən müəllim savadsızdır.Savadsız müəllim yoxdur ,öz üzərində işləməyən müəllim var.Kəsilən bütün müəllimlər savadsızdır demək deyildir.Bir çox amillər vardır ki,müəllimin imtahanda yazma səviyyəsini aşağı salır.Məsələn mən faktiki olaraq öz imtahanımla bağlı olanları qeyd edəcəm,imtahan mərkəsi də bu faktı təsdiqləyə bilər.
Deməli səhhətimlə bağlı 3 gün idi çox pis idim bir az da imtahan həyəcanı,amma məcburuq ölsək də iştirak etməli idik.İmtahanın başlamasına 1-2 dəqiqə qalmış daha da pisləşdim,hiss etdim ki,özümdə deyiləm ,suallara baxa bilməyəcəm.Müraciət etdim təcili yardım çağırıldı,müdaxilə olundu və yanımda oturan müəllimlər şahid oldu ki,mən necə bir vəziyyətdə idim  düşündülər ki, bu yazıq yaza bilməyəcək vse...
Nəzarətçilər bu vəziyyətdən sonra imtahan bitənə qədər yanımda dayandılar.Bəlkə səhhətimə görə bəlkə də yaza bilməyəcəm və ya kimdənsə kömək istəyərəm deyə,orasını dəqiq deyə bilmərəm.
Və gəldik əsas məsələyə....
Şükr vəziyyətimə baxmayaraq vaxtım getsə də toparlandım və 51 bal topladım çox şükür.
İndi mənim sualım Təhsi Nazirliyinə və bu qaydaları qoyan qurumlaradır.
İndi 51 balla yaxşı müəllim sayılıram,vəziyyətimlə bağlı pis yazıb kəsilsəydim,növbəti il həyəcan keçirib yenə kəsilsəydim onda pis müəllimmi olacaqdım?????
Mən düşünürəm ki,dövlətin verdiyi diplomu baykot etmək düzgün deyil.Olmazmı kəsilən müəllimə  6 saat dərs yükü verilsin və müəllim öz nəticələrini yüksəldənə qədər imtahan versin.
Xahiş edirəm bu təklifə baxılsın!!!
Onsuz da yaşadığımız ağır dövrdə yetərincə problemlərlə qarşılaşırıq,bir tərəfdən də imtahan həyəcanı ilə müəllimlərimizi qorxuyla yaşamağa vadar etməyək. Müəllim gələcəyin meyarıdır,onlara qarşı sapı özümüzdən olan "Baltalar"olmayaq......

Best coffeeshop in Berlin