Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan cüdoçuları Avropa Açıq Turnirində çıxış edəcək

Bu gün Çexiyanın paytaxtı Praqada kişi cüdoçular arasında Avropa Açıq Turnirinə start veriləcək. İki gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla 38 ölkəni təmsil edən 444 tatami ustası medallar uğrunda yarışacaq. Ölkəmiz sözügedən turnirə 5 çəkidə 15 cüdoçu ilə qatılıb.

ACF-dən verilən məlumata görə, yığmanın böyük məşqçisi Elxan Məmmədovun rəhbərliyi altında bu yarışa qatılan Azərbaycan komandasının heyətində Nazir Talıbov, Yaşar Nəcəfov, Rəşad Yelkiyev (hamısı 66 kq), Kamran Süleymanov (73 kq), Elmar Qasımov və Əjdər Bağırov (hər ikisi 100 kq) kimi tanınmış cüdoçular yer alıb.

Yeri gəlmişkən, iki gündür ki, Çinin Sindao şəhərində isə reytinq xarakterli Qran-pri keçirilir. Xatırladaq ki, yarışın ilk günü 8 təmsilçimiz tatamiyə çıxıb və onlardan biri - Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb. Bu gün isə Olimpiya çempionumuz Hidayət Heydərov (81 kq) da daxil olmaqla daha 4 təmsilçimiz 3 çəkidə mübarizə aparacaq.  Sindao turniri iyunun 29-da başa çatacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin