Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçumuz Əhməd Yusifov Çin Qran-Prisində bürünc qazanıb

İyunun 26-da Çinin Sindao şəhərində kişi və qadınlar arasında cüdo üzrə reytinq xarakterli və Olimpiya təsnifatlı Qran-Priyə start verilib.

Xəbər verdiyimiz kimi, üç gün davam edəcək turnirdə Azərbaycan 6-sı qadın olmaqla 17 cüdoçu ilə 10 çəkidə mübarizə aparacaq. Turnirin start günü 8 (4 qadın, 4 kişi) cüdoçumuz tatami üzərinə çıxaraq medallar uğrunda mübarizəyə qatılıb. Təəssüflər olsun ki, səkkizliyimizdən yalnız biri - Əhməd Yusifov (60 kq) mükafatçılar sırasında yer alıb.

ACF-dən verilən məlumata görə, 1/16 və 1/8 finslı qələbə ilə başa vuran Yusifov 1/4-də büdrəyib və mübarizəni təsəlliverici görüşlə davam etdirib. Bu görüşü də uğurla bitirən cüdoçumuz ardından bürünc medal uğrunda fransalı Enzo Janla görüşə çıxıb. Bu  həlledici görüşü də qələbə ilə başa vuran Yusifov bürünc medala sahib çıxıb.

Bu onun 2026-cı ildə üçüncü medalı olub. Belə ki, o, bundan öncə Daşkənddə Böyük Dəbilqəni udub, Avropa çempionatında isə üçüncü olub.

Start günü tatamiyə çıxan digər cüdoçularımıza gəlincə, Ruslan Pasayev (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) bürünc medal uğrunda görüşdə uduzaraq çıxışını medalın bir addımlığında (5-ci yer) başa vurub .

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin