Rövşən Məmmədov:
Teleradio Akademiyasının 8-ci buraxılış məzunlarına sertifikatlar təqdim olundu
AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının 8-ci buraxılışı keçirilib. Buraxılış mərasimində tədris proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub. Məzunlar təhsil müddətində televiziya və radio sahəsində nəzəri biliklərə yiyələnməklə yanaşı, peşəkar fəaliyyət üçün zəruri praktiki bacarıqlar da əldə ediblər.
Qeyd edək ki, fəaliyyətə başladığı gündən bu günədək Teleradio Akademiyasına qəbul müsabiqəsində ümumilikdə 1501 nəfər iştirak edib. Onlardan 449 nəfər təhsil almaq hüququ qazanıb. Akademiyanın indiyədək keçirilən 8 buraxılışı üzrə 344 nəfər tədris proqramını uğurla başa vuraraq məzun olub və sertifikatla təltif edilib.


