Arda Gülər tarix yazıb
ABŞ, Kanada və Meksikada futbol üzrə keçirilən 23-cü dünya çempionatının (DÇ-2026) qrup mərhələsinin son turu çərçivəsində baş tutan ("D" qrupunda) və 3:2 hesabla bitən Türkiyə - ABŞ matçı birincinin 21 yaşlı futbolçusu Arda Gülər üçün əlamətdar olub. Qeyd edək ki, həmin oyunun 10-cu dəqiqəsində bərabərlik qolu vuran Arda Gülər matçın ən yaxşısı seçilib. O, həm də Türkiyə millisinin heyətində mundiallarda qol vuran ən gənc futbolçu kimi tarixə düşüb (21 yaş, 120 gün).
Xatırladaq ki, Arda Gülər Türkiyə millisində keçirdiyi 33 oyunda 7 qol vurub və 9 məhsuldar ötürmə edib.
O, həm də, DÇ-2026-da Türkiyə millisinin ilk qolunu vuran futbolçu kimi də tarixə düşüb.
İNTİQAM Məmmədov


