Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İspaniya millisi Səudiyyə Ərəbistanını darmadağın edib

İyunun 11-də startı verilən futbol üzrə 23-cü dünya çempionatı davam edir. Bu gün daha bir oyunda "H" qrupunda yer alan İspaniya millisi ilə Səudiyyə Ərəbistanı yığması qarşılaşıb. Atlanta (ABŞ) səhərindəki "Mersedes -Bents Stadium" arenada baş tutan görüş ispanların darmadağın hesablı qələbəsi ilə başa çatıb - 4:0.

Oyunda hesabı İspaniya millisinin ən gənc oyunçusu, millinin start heyətində ilk dəfə meydana çıxan 18 yaşlı  Lamin Yamal acıb - 1:0. Yamal 10-cu dəqiqədə Mikel Oyarsabalın ötürülməsini qola çevirib. 21-ci dəqiqədə Oyarsabal özü qol vuraraq, hesabı artırıb - 2:0.

24-cü dəqiqədə Oyarsabal dubl edərək hesabı 3:0-a çatdırıb.

Oyunda son qol 49-cu dəqiqədə Xassan Al-Tambaktidən gəlib (avtoqol) - 4;0.

Bununla da mundialın əsas favoriti hesab edilən İspaniya millisi aktivindəki xalların sayını 4-ə çatdırmaqla pley-offa çıxmaq şansını artırıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin