Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi voleybol millimiz AL-nı məğlubiyyətlərlə başa vurub

Qadın voleybolçular arasında keçirilən və üç turdan ibarət olan Avropa Liqasının ardından kişilərin analoji turnirində də seçmə xarakterli mərhələ yarışına yekun vurulub. Sözügedən turnirdə iştirak edən kişi millimiz son turun (üçüncü tur) oyunlarını Bakı Voleybol Mərkəzində keçirib. Təəssüflər olsun ki, baş məşqçisi Boris Qrebennikov olan millimiz əvvəlki iki turda (4 oyunda) olduğu kimi, üçüncü tur çərçivəsində doğma divarlar arasında keçirdiyi oyunlarda da (2 oyun) məğlubiyyətlə üzləşib. Qeyd edək ki, Bakıda keçirdiyi ilk oyunda Macarıstan komandasına quru hesabla (0:3) məğlub olan millimiz son oyunda isə Portuqaliya yığmasına uduzub - 1:3 (25:21, 16:25, 12:25, 19:25). 

Bununla da Boris Qrebennikovun yetirmələri məğlubiyyətlə qatıldıqları Avropa Liqasını məğlubiyyətlə də başa vurublar. 

Millimizin əvvəlki iki turda keçirdiyi oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:

Azərbaycan - Yunanıstan - 0:3;

Azərbaycan - İsveç - 0:3;

Azərbaycan - İspaniya - 1:3;

Azərbaycan - Rumıniya - 0:3.

Beləliklə, Azərbaycan komandası 27 millinin mübarizə apardığı turniri xal və qələbə qazanmadan 22-ci yerdə başa vurub. Reqlamentə görə, başa çatan üç mərhələdən sonra ən yaxşı 4 komanda mübarizəni "dördlər finalı"ndan (1/2 final) davam edəcək. Son mərhələnin oyunları (yarımfinal və final) oyunun 27-dən iyulun 12-dək keçiriləcək. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin