Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hindistan Səfirliyində Beynəlxalq Yoqa Günü qeyd olunub +VİDEO/FOTO=26

Hindistanın Azərbaycandakı Səfirliyi Beynəlxalq Yoqa Günü (IDY) 2026-nı böyük ruh yüksəkliyi və fəal iştirak şəraitində üçün xüsusi tədbir ilə qeyd etdi. Tədbirdə səfirlər, diplomatik korpusun üzvləri, yerli dövlət qurumlarının nümayəndələri, müxtəlif sahələrdən tanınmış şəxslər, Azərbaycandan olan yoqa müəllimləri və həvəskarları, eləcə də Hindistan diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər.

AZpress.AZ xəbər verir ki, tədbir Azərbaycan Dillər Universitetinin istedadlı tələbəsi tərəfindən Sanskrit dilində Şanti Mantrasının səsləndirilməsi ilə başlamış, bu da tədbirə sakit və müsbət enerji ilə dolu bir ab-hava bəxş etmişdir. Yoqa sessiyası tanınmış azərbaycanlı yoqa təlimatçıları Elçin Quliyev və Kənan Məmmədov tərəfindən birgə aparılmışdır. Sessiya Hindistanın Ayuş Nazirliyinin himayəsi altında Hindistanın nüfuzlu yoqa ustaları tərəfindən hazırlanmış Ümumi Yoqa Protokolu əsasında keçirilmişdir. Proqrama müxtəlif yoqa asanaları, pranayama (nəfəs məşqləri) və dhyana (meditasiya) daxil edilmiş, bu da müxtəlif yaş qruplarından və təcrübə səviyyələrindən olan iştirakçıların yoqa təcrübəsinə fəal şəkildə qoşulmasına imkan yaratmışdır.

Tədbir iştirakçılarına müraciət edən Hindistanın Azərbaycandakı səfiri cənab Abhay Kumar Beynəlxalq Yoqa Gününün qlobal əhəmiyyətindən bəhs etmişdir. O qeyd etmişdir ki, bu gün 2014-cü ildə BMT Baş Assambleyası tərəfindən rekord sayda üzv dövlətin dəstəyi ilə qəbul edildikdən sonra hər il qeyd olunur. Səfir vurğulamışdır ki, kökləri Hindistanın qədim müdrikliyinə söykənən yoqa sadəcə fiziki məşq deyil, bədən və zehin arasında harmoniyanı, özünənəzarəti, şüurlu yaşam tərzini və insanın ətraf aləmlə daha dərin əlaqəsini təşviq edən bütöv bir həyat fəlsəfəsidir.

Bu ilin “Sağlam Yaşlanma üçün Yoqa” mövzusuna toxunan səfir Kumar bildirmişdir ki, dünya üzrə insanların ömür uzunluğu artdıqca, daha sağlam, fəal və dolğun həyat sürməyə diqqət yetirmək xüsusi əhəmiyyət kəsb edir. O vurğulamışdır ki, müntəzəm yoqa məşğələləri elastikliyi, tarazlığı, fiziki gücü, tənəffüs qabiliyyətini və psixoloji rifahı yaxşılaşdırır, eyni zamanda insanlarda dözümlülük, emosional sabitlik və daxili rahatlıq formalaşdırır. Səfir qeyd etmişdir ki, sağlam qocalmanın əsası sağlam həyat tərzindən başlayır və iştirakçıları uzunmüddətli fiziki və mənəvi sağlamlıq üçün yoqanı gündəlik həyatlarının ayrılmaz hissəsinə çevirməyə çağırmışdır.
Səfir Kumar Beynəlxalq Yoqa Gününün dünyanın hər yerində böyük maraqla qeyd olunduğunu və milyonlarla insanı sağlamlıq, sülh və harmoniya naminə bir araya gətirdiyini vurğulamışdır. O, Azərbaycanda yoqaya marağın artmasını onun qlobal  dəyərlərinin və mədəni, dil və coğrafi sərhədləri aşmaq qabiliyyətinin göstəricisi kimi qiymətləndirmiş, bunun xalqlar və ölkələr arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə töhfə verdiyini bildirmişdir.

Bir sıra iştirakçılar şəxsi təcrübələrini bölüşərək yoqanın fiziki sağlamlıqlarına, psixoloji vəziyyətlərinə və ümumi həyat keyfiyyətlərinə göstərdiyi müsbət və dəyişdirici təsirdən danışmış, yoqanın çoxsaylı faydalarını qeyd etmişlər.

Yoqa təlimatçıları Kənan Məmmədov və Elçin Quliyev də Azərbaycanda yoqanın getdikcə daha çox populyarlıq qazandığını vurğulamışlar. Onlar ölkə üzrə yoqa dərslərində və sağlam həyat tərzi proqramlarında iştirakın davamlı şəkildə artdığını, bunun isə müxtəlif yaş və sosial qruplar arasında yoqanın faydaları barədə məlumat səviyyəsinin yüksəliş göstərdiyini bildirmişlər.

Tədbir münasibətilə iştirakçılara xüsusi dizayn edilmiş Beynəlxalq Yoqa Günü köynəkləri təqdim olunmuşdur. Tədbir Hindistan mətbəxinə məxsus yüngül və təravətləndirici qəlyanaltıların təqdim edilməsi ilə yekunlaşmış, bu da iştirakçılara ünsiyyət qurmaq, sağlamlıq, dostluq və mədəni mübadilə ruhunu birlikdə qeyd etmək imkanı yaratmışdır.

Videonu izləmək üçün linkə TIKLAYIN:

https://www.instagram.com/p/DZ3UHYuN-Cb/

Xeyransa İsmayılova

* * *

* * *

ENG:

Baku Embraces “Yoga For Healthy Ageing” as Embassy of India, Azerbaijan Celebrates International Day of Yoga 2026

The Embassy of India in Azerbaijan proudly organized a special event to mark the International Day of Yoga (IDY) 2026 amid great enthusiasm and vibrant participation. The event brought together a distinguished gathering comprising, ambassadors, members of the diplomatic corps, local Government representatives, prominent personalities from various fields, yoga practitioners and enthusiasts from Azerbaijan, as well as representatives of Indian diaspora associations.

The celebrations commenced with the recitation of a Sanskrit Shanti Mantra by a talented student from the Azerbaijan University of Languages, setting a serene and contemplative tone for the event. The yoga session was jointly conducted by renowned Azerbaijani yoga instructors, Mr. Elchin Guliyev and Mr. Kannan Mammadov, and followed the Common Yoga Protocol developed by a team of eminent Yoga Gurus from India under the aegis of the Ministry of Ayush, Government of India. The session featured a balanced sequence of yoga asanas, pranayama (breathing exercises), and dhyana (meditation), enabling participants of all ages and experience levels to engage meaningfully in the practice.

Addressing the gathering, Ambassador of India to Azerbaijan, Shri Abhay Kumar, highlighted the global significance of the International Day of Yoga, which has been observed annually since its adoption by the United Nations General Assembly in 2014 with the support of an unprecedented number of Member States. He noted that yoga, rooted in India’s ancient wisdom, is much more than a physical exercise and represents a holistic way of life that promotes harmony between body and mind, self-discipline, mindfulness, and a deeper connection with the world around us.

Referring to this year’s theme, “Yoga for Healthy Ageing,” Ambassador Kumar emphasized that as people around the world are living longer, the focus must increasingly be on living healthier, more active, and fulfilling lives. He underlined that regular yoga practice helps improve flexibility, balance, strength, breathing capacity, and mental well-being, while also fostering resilience, emotional stability, and inner peace. He observed that healthy ageing begins with healthy living and encouraged participants to integrate yoga into their daily routines for long-term physical and mental well-being.

Ambassador Kumar also noted that the International Day of Yoga is today celebrated with great enthusiasm across the world, bringing together millions of people in a shared pursuit of health, peace, and harmony. He highlighted the growing popularity of yoga in Azerbaijan as a reflection of its universal appeal and its ability to transcend cultural, linguistic, and geographical boundaries, thereby strengthening mutual understanding and friendship among people and nations.

Several participants shared their personal experiences and acknowledged the numerous benefits of yoga, highlighting the positive and transformative impact it has had on their physical health, mental well-being, and overall quality of life.

Yoga instructors Mr. Kannan Mammadov and Mr. Elchin Guliyev also spoke about the increasing popularity of yoga in Azerbaijan. They noted the steady growth in participation in yoga classes and wellness programmes across the country, reflecting a rising awareness of yoga’s benefits among people of different age groups and backgrounds.

To mark the occasion, the Embassy distributed specially designed International Day of Yoga T-shirts to participants. The event concluded on a warm and convivial note with the serving of refreshing Indian snacks, providing an opportunity for participants to interact and celebrate the spirit of wellness, friendship, and cultural exchange.

CLICK on the link to watch the video:

https://www.instagram.com/p/DZ3UHYuN-Cb/

Best coffeeshop in Berlin