Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kamil Şahverdi:

Böyük bir nəslin ağsaqqalı Hüseynəli Şahverdiyev Haqqın dərgahına qovuşdu

Böyük bir nəslin, elin ağsaqqalı əmim Hüseynəli Şahverdiyev Haqqın Dərgahına qovuşdu. 
1970-ci illərin əvvəllərindən, gənc yaşlarından sovetlər dağılana qədər böyük bir təsərrüfatın, Lənkəran rayonu Nəriman Nərimanov adına sovxozun direktoru işləmişdi. SSRİ məkanında sayılıb seçilən təsərrüfat rəhbərlərindən idi. Ardıcıl olaraq illərlə SSRİ və Azərbaycan SSR sosializm yarışmasının qalibi olmuşdu. Hər il Keçici Qırmızı Əmək Bayrağlnı qazanırdı. 
Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) Hüseynəli əmimin rəhbərlik etdiyi təsərrüfatın daimi pavilyonu var idi. Bu möhtəbər sərgidə Azərbaycanın bir neçə müəssisəsi daimi pavilyona malik idi. Onlardan biri də Hüseynəli əmimin rəhbərlik etdiyi Nəriman Nərimanov sovxozu idi.
Allah sənə rəhmət eləsin əziz əmim!
Ruhun şad olsun Böyük İnsan!

Best coffeeshop in Berlin