Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qulu Məhərrəmli:

10 yaşlı nəvənin ilk kitabı

  Hər şey Fəridi ilyarım əvvəl Kitab sərgisinə aparandan sonra başladı. Uşaq kitablarına, xüsusən maraqlı şəkilləri olanlara diqqətlə baxır, suallar verirdi. Əvvəllər də ona aldığımız kitablara belə maraq göstərərdi. Evə gələrkən yolda anasına dedi ki, mən də o cür nağıl kitabı yaza bilərəm. 
    Dedi və yazdı da... Tez-tez baxdığı “Canlı təbiət” kompüter oyunundan ilhamlanaraq, öz uşaq təxəyyülünə uyğun bir nağıl süjeti qurdu. Sonra onu cilalamağa başladı, arada qəhrəmanlarının rəsmlərini də kağızda cızırdı.  
 Mən bütün balaları xoşbəxt, istedadlı və Vətən üçün gərəkli görmək arzusu ilə nəvəmiz Fəridi ilk kitabının çapı münasibətilə təbrik edirəm!

Best coffeeshop in Berlin