Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Paraatletimiz Oloxan Musayev Tunis Qran-Prisində gümüş qazanıb

Tunisin eyniadlı paytaxtında paraatletika üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Qran-Pri davam edir. Azərbaycan yığmasının 5 atletlə qatıldığı turnirin növbəti günü daha bir təmsilçimiz uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Söhbət F55 kateqoriyasında yarışa qatılan Oloxan Musayevdən gedir. O, nüvəitələmə  yarışında özündən bir gün əvvəl çıxış edən komanda yoldaşı Rüfət Rəfiyevin (F36) uğurunu təkrar etməklə, gümüş medal qazanıb. F55 kateqoriyasında çıxış edən Musayev nüvəni 11,64 metr məsafəyə itələməklə ikinci yeri tutub.

Sözügedən turnirdə daha üç təmsilçimiz mübarizə aparacaq. Bu üçlükdə Elvin Astanov (F53), Samir Nəbiyev və Ömər Bozbaxov (hər ikisi F57) yer alıb. Son iki atletimiz həm də disk atma yarışında iştirak edəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin