Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Taekvondoçularımız AÇ-dən 6 medalla və Kubokla qayıdıblar 

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında taekvondo üzrə klublararası Avropa çempionatı keçirilib. ATF-dən verilən məlumata görə, çempionat təmsilçilərimiz üçün uğurlu olub. Beləki, müxtəlif klubların heyətində olmaqla, dayanq üzərinə çıxan taekvondoçularımız ümumilikdə 6 (2-3-1) medal qazanıblar.

Qızıl medallar Aydan Hüseynova (36 kq, İrəvan YK) ilə Rada Əsədin (44 kq, Mübariz YK) aktivinə yazılıb. Gümüş medallar yalnız həlledici finalda büdrəyən İslam Quluzadə (33 kq), Gökalr Çilingir (40 kq, Nərimanov RİK) və Renad Zülfüqarlının (+57 kq, Alov TK), yeganə bürünc isə Əkbər Tağıyevin (+30 kq, Atlet TK) payına düşüb.

Sonda isə Azərbaycan ümumi komanda hesabında birinci yeri tutaraq, baş kubokla yiyələnib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin