Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Adil Kərimli UNESCO-nun 43-cü Baş Konfransının Prezidenti ilə görüşüb

İyunun 16-da Paris şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO-nun 43-cü Baş Konfransının Prezidenti, Banqladeşin UNESCO yanında daimi nümayəndəsi Hondker M. Talha ilə görüşüb.

Görüşdə UNESCO-nun Baş Konfransı çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq mədəni-humanitar gündəlikdə yer alan prioritet mövzular və təşkilat daxilində çoxtərəfli dialoqun təşviqi məsələləri müzakirə olunub.

Nazir Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirərək təşkilat çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Tərəflər mədəniyyətlərarası dialoq, mədəni müxtəlifliyin təşviqi, qeyri-maddi mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçib.

Best coffeeshop in Berlin