Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

DÇ-2026-nın favoriti sayılan İspaniya millisi Kabo-Verde komandası ilə bacarmayıb

Kabo-Verdenin 40 rolkiperi Bozinya matçın ən yaxşısı seçilib 

İyunun 11-də 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada startı verilən futbol üzrə 23-cü dünya çempionatı davam edir. İyunun 15-də mundialda daha 4 oyun ("H" və "G" qrupunda) keçirilib. Günün ən maraqlı və diqqət çəkən matçı Atlantadakı (ABŞ) "Mersedes -Bents Sradium" arenada baş tutub. Həmin oyunda mundialın favoriti sayılan və "H" qrupunda yer alan İspaniya millisi Kabo-Verde ilə qarşılaşıb. Rəqibin qapısını zərbə atəşinə (25 zərbə) tutmasına baxmayaraq "qırmızı foralar" istəklərinə nail ola bilməyiblər. Oyun qolsuz bərabərliklə bitib - 0:0.  Bu matçın ən yaxşı oyunçusu isə Kabo-Verdenin 40 yaşlı rolkiperi Vozinya seçilib. O, 7 dəfə baxımlı seyvi ilə diqqət çəkib. 

"H" qrupunda bas tutan digər oyunda isə Səudiyyə Ərəbistanı ilə Uruqvay millisi hərəyə bir qolla yadda qalıb - 1:1.

Günün "G" qrupunda bas tutan oyunlarına gəlincə, Belçika Misirlə (1:1), İran isə Yeni Zelandiya (2:2) ilə heç-heçəyə razılaşıb.

Bu gün isə "İ" qrupunda yer alan Fransa millisi Seneqalla qarşılaşacaq. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin