“Gimnastika hamı üçün” növü üzrə 4-cü Bakı Beynəlxalq Festivalı +FOTO=45
Fəvvarələr meydanında 13-14 iyun 2026-cı il tarixlərində “Gimnastika hamı üçün” növü üzrə 4-cü Bakı Beynəlxalq Festivalı keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbir açıq səma altında, paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına əsl idman və festival ab-hava yaşadıb.
Fərqli yaş qruplarından olan gimnastlar öz çıxışları ilə şəhər mərkəzində rəngarəng şoular nümayiş etdiriblər.
Fotomüxbir Mahir Əhmədov


