Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Aşıq Kərəm İncəlinin irsinin qorunması istiqamətində mühüm addım +FOTO=20

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Kərəm İncəlinin zəngin yaradıcılıq və həyat yolunu əks etdirən 70-dən çox eksponat Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təhvil verilmişdir.

AZpress.AZ xəbər verir ki, eksponatların muzeyə təqdim olunması təşəbbüsü “Goja Media”nın rəhbəri Ramil Qocaya məxsusdur. Təhvil verilən əşyalar sırasında ustad sənətkara məxsus geyimlər, sazlar, medallar, kitablar, fotoşəkillər və digər şəxsi əşyalar yer alır. Bu eksponatlar gələcək nəsillərin Aşıq Kərəm İncəlinin sənəti və həyat yolu ilə daha yaxından tanış olmasına imkan yaradacaq.

Aşıq Kərəm İncəlinin xatirəsinin yaşadılması və irsinin qorunması istiqamətində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova başda olmaqla muzey kollektivinə dərin təşəkkürümüzü bildiririk.

Bu təşəbbüs milli-mənəvi dəyərlərimizin, aşıq sənəti ənənələrinin və görkəmli sənətkarlarımızın irsinin qorunaraq gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Rüstəm Fərman

Best coffeeshop in Berlin