Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçularımız Dünya Kubokuna qatılacaqlar 

İyunun 15-də Çinin Quyyan şəhərində boks üzrə Dünya Kubokuna start veriləcək.

ABF-dən verilən məlumata görə, 7 gün davam edəcək bu turnirdə Azərbaycan boksçuları da rinq döyüşünə çıxacaqlar. Yığmanın baş məşqçisi Ravşan Xocayev sözügedən turnirdə 8 boksçunu sınaqdan çıxarmaq qərarına gəlib. Bu səkkizlikdə isə Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) yer alıb. 

Hazırda Cimkənddə (Qazaxıstan) təlim-məşq toplanışında olan komandamız oradan birbaşa Çinə uçacaq və oyunun 14-də püşkatma mərasiminə qatılacaq.

Yeri gəlmişkən, komandamız bu ilin əvvəlində Braziliyada təşkil edilən analoji yarışda 4 (3-0-1) medal qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin